Qaraj qapıları da bir çox istifadə vasitələri kimi son dövrün texnaloji nəaliyyətlərindən bəhrələnmişdir. Belə ki, onların avtomatlaşdırılması artıq bir məcburiyyət halını almışdır. Bu cür qapılar digərlərindən bir çox üstünlükləri ilə fərqlənir ki, bunlardan da ən başlıcası uzağdan idarəetmə vasitəsi ilə işləməsidir. Artıq siz düyməni sıxmaqla qapıların açılmasını və bağlanmasını təşkil edə bilərsiniz. Bu isə sizə pis hava şəraitində nəqliyyat vasitəsini tərk etmədən qaraja daxil olmanızı təmin edəcək.
Avtomatik qaraj qapıları həm də xüsusi radar sisteminə malikdir. Qapılar hər hansı bir əşya ilə təmas edərkən avtomatik dayanır. Bu halda baş verə biləcək müxtəlif qəza hallarının qarşısı da alınmış olur.
Biz qaraj qapılarının istehsalında avropanın brend şirkətlərinin məhsullarından istifadə edirik. Bu şirkətlərin bu günə qədər əldə etdikləri təcrübələr də işin sonunda öz nəticəsini göstərir.
Avtomatik qaraj qapılarının istehsalında sendviç panellərdən istifadə olunur. Bu halda qapılar isti və soyuğa davamlı bir hala gəlir. Bu panellərin qalınlığı əsasən 45 mm təşkil edir. Bu cür qapıların mexaniki hissələri də davamlı və uzunömürlü olur.