Çöl cəbhə sistemləri müasir dövrdə bir çox binalarda rast gəldiyimiz bir sistemdir. Onların belə geniş şəkildə istifadəsi heç də təəccüblü deyildir. Çünki tətbiq edildiyi binaları digərlərindən xarici görünüşü ilə kəskin şəkildə fərqləndirir. Bunların istifadəsi zamanı həmdə binanın ümumi yükünün azalması təmin edilir.
Çöl cəbhə sistemləri nəinki binanın xarici görünüşünü gözəlləşdirir, həm də bina daxilindən əvəzolunmaz şəhər mənzərəsinin üzə çıxmasına səbəb olur. Bu sistemlərin tətbiq edilməsi binalarda daxili sahənin genişliyinin qorunub saxlanılması mövzusunda da öz müsbət təsirini göstərir.