Avtomatik Qapıların tək ünvanı

DAİRƏVİ QAPILAR

DAİRƏVİ QAPILAR

Son dövrlərdə xüsusi orjinallığı ilə fərqlənən və qeyri standart üslubda olan girişlər məşhurluq qazanmışdır. Dairəvi qapılar da bunlardan biridir. Bu qapılar  müxtəlif materiallardan hazırlanır, istənilən üslubda və istənilən interyerə uyğun təşkil olunur. Dairəvi qapılar bir çox üstün xüsusiyyətləri ilə digərlərindən fərqlənir. Bu qapılar istismarda olduqca səmərəlidir. Belə ki, bu qapıların istifadə edildiyi yerlərdə içəridə tənzimlənmiş hava çölə axın etmir. Bu da öz növbəsində bu vəya digər tanzimləmələr üçün ayrılan vəsaitə qənaət imkanı yaradır. İstənilən binada elektrik kəsintisi halları istisna deyildir. Hətta bu hallarda belə dairəvi qapılar bir neçə saat işləyə bilər. Səssiz işləmə xüsusiyyəti ilə fərqlənən bu qapılar binanın daxili qəza sistemi ilə də birləşdirilə bilər. Bütün bu sayılan üstünlüklər qonaqların və personalın rahatlığını , ən əsası isə həyat təhlükəsizliyini təmin edir.

Sorğu: 5/5 xal | 1597 baxış sayından.

Avtomatik qapilar