Təxmini olaraq Dönər Qapılar ilk ixtira olunduğu vaxtdakı dizaynını qoruyub saxlamışdır. Bu qapılar üçün ilk patent müraciəti, alman ixtiraçısı H. Bockhacker tərəfindən edilib. Lakin o dövrdə bu ixtira uğur qazana bilmədi.
1888 - ci ildə Pensilvaniyada yaşayan Theophilus Van Kannel, enerji baxımından səmərəli və qapı çərçivəsi ilə uyğun hava siyirməli üç istiqamətli fırtına qapısı ( three - way strom door ) üçün ilk ABŞ patentini aldı. Məhsulu istehsal etmək üçün öz “ Van Kannel Revolving Door Co. ” şirkətini qurdu. Daha sonra 1907 - ci ildə Van Kannel bunu “ International Steel ” şirkətinə satdı. ( hal hazırda “ International Revolving Door Co. ” olaraq tanınır )
Van Kannelin şəxsi həyatı ilə bağlı ətraflı məlumat yoxdur. Ancaq bu ixtirasında nədən ilhamlanması haqqında bəzi şayiələr mövcuddur. Deyilənə görə o, qadınların keçə bilməsi üçün kişilərin qapını açıq saxlamağını mənasız hesab edirdi. Beləcə o, həyatının əsas hissəsini bu qapıların ixtirasına, təkmilləşdirilməsinə və istehsalına ayırdı. Və heç vaxt evlənmədi.
Van Kannel dönər qapıların ixtirası ilə çoxlu pul və şöhrət qazandı. 1889 - cu ildə Filodelfiyada ixtirasının cəmiyyətə bəxş etdiyi səmərəliliyə görə John Scott mükafatını aldı.
Van Kannel 1919 - cu ildə 78 yaşında dünyasını dəyişdi. İxtirası olan Dönər Qapılar isə hələ də dünyanın hər yerində istifadə edilir.
Van Kannelin ixtirası bəzilərinə görə həmin dövr üçün lazımsız sayılan bəzi etika qaydalarının sıradan çıxarılmasına istiqamətlənmiş idi. Bu dövrdə belə, kişilərin, qadınların keçməsi üçün dönər qapıya birinci daxil olub itələməsi, yoxsa nəzakət göstərib öncəliyin qadınlara verilməsi mübahisəli bir mövzuya çevrilmişdir.