Qapının açılmasını təmin edən müxtəlif üsullar vardır. Bunlardan ən əsası yaxınlaşan insanın xüsusi sensorlar vasitəsilə təyin olunmasıdır. Bu sensorların da müxtəlif növləri mövcuddur. Misal kimi təzyiq üsulunu göstərək olar.
Bir digəri isə infraqırmızı şüalardan bir pərdə yaradar və bu şüalar kəsintiyə uğradığı zaman qapıların açılmasını təmin edər. Bu cür hərəkət sensorlarından biri də aşağı mikrodalğalar yayan radar vasitəsi ilə çalışır.
Uzaqdan idarə etmə ilə çalışan Avtomatik Qapılar da vardır ki, bunlar əsasən qarajlarda və ya darvazalarda quraşdırılır. Bu cür qapılar əsasən həyat keyfiyyətinin yüksəldilməsinə yönldilmişdir. Bunun bir digər variantı isə nəqliyyat vasitələrində quraşdırılmış sensorlardır ki, qapıya yaxınlaşarkən onların açılmasını avtomatik təşkil edir.
Avtomatik Qapıların açılıb - bağlanmasını təmin edən bir digər üsul da şifrə və yaxud da kart sistemidir. Bu üsulun da tətbiqi əl əməyinin istisna edilməsində rol oynayır.